AMEA-nın müxbir üzvü: "Onlar qanun qarşısında cavab verməlidirlər"

AMEA-nın müxbir üzvü: "Onlar qanun qarşısında cavab verməlidirlər" "Karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən istənilən adamın, xüsusən vəzifəli şəxslərin hərəkətləri qətiyyən qəbul edilə bilməz və onlar qanun qarşısında cavab verməlidirlər".
Daxili siyasət
22 Avqust , 2020 16:37
AMEA-nın müxbir üzvü: Onlar qanun qarşısında cavab verməlidirlər
Musa Qasımlı

"Karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən istənilən adamın, xüsusən vəzifəli şəxslərin hərəkətləri qətiyyən qəbul edilə bilməz və onlar qanun qarşısında cavab verməlidirlər".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

"Dövlətimizin qanunları qarşısında hamı bərabərdir və heç kim qanundan üstün deyil. Sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üstünə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında olan bağlar zəifləyər. Xalqın dövlət hakimiyyətinə olan inamını bilərəkdən və ya bilməyərəkdən sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır. Burada mövqe birmənalı, konkret və aydın olmalıdır", - o bildirib.

Son xəbərlər

Orphus sistemi