Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub.
"Report" xəbər verir ki, A. Paşazadə İran prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, Təbrizin imamcüməsi Ayətullah Haşimin və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
QMİ sədri matəm kitabına ürək sözlərini yazıb.