Ali Məhkəmənin Cinayət Kollegiyasının yeni tərkibi təsdiqlənib

Ali Məhkəmənin Cinayət Kollegiyasının yeni tərkibi təsdiqlənib 2021-ci il aprelin 30-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olub
Daxili siyasət
30 Aprel , 2021 17:51
 Ali Məhkəmənin Cinayət Kollegiyasının yeni tərkibi təsdiqlənib

Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olub.

"Report" xəbər verir ki, Plenumda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının yeni tərkibi və Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti təsdiq edilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi