Ali Məhkəmə hakimlə bağlı yayılan məlumatlara münasibət bildirib

Ali Məhkəmə hakimlə bağlı yayılan məlumatlara münasibət bildirib Azərbaycanın Ali Məhkəməsi məlumat yayıb.
Daxili siyasət
29 Oktyabr , 2021 16:32
Ali Məhkəmə hakimlə bağlı yayılan məlumatlara münasibət bildirib

Ali Məhkəmə qurumun Mülki Kollegiyasının sədri Sənan Hacıyevlə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ali Məhkəmədən "Report"a daxil olan məlumatda deyilir:

"Azərbaycanın Ali Məhkəməsi son günlər sosial şəbəkələrdə yayılan Ali Məhkəmənin hakimi barəsində təhqiramiz, həqiqətə uyğun olmayan təsvirləri ilə bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir.

Ali Məhkəmə hesab edir ki, bu cür saxtalaşdırılmış məlumatların yayılması cəmiyyətimizin dəyərlərinə zidd olan hərəkət olmaqla yanaşı, ümumilikdə dövlət hakimiyyətinin məhkəmə qoluna qarşı rəzil qəsd sayılmalıdır.

Yayılmış məlumatla bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilib.

Ali Məhkəmənin hakimləri öz həmkarının və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun ləkələnməsinə yönəlmiş belə cəhdləri qətiyyətlə pisləyir və həmvətənlərimizi belə uydurma məlumatları yaymaqdan çəkinməyə çağırırlar".

Son xəbərlər

Orphus sistemi