Ali Baş Komandan: "Biz qan tökərək bu torpaqlara qayıtmışıq"

Ali Baş Komandan: "Biz qan tökərək bu torpaqlara qayıtmışıq" "Vətənpərvərlik üçün hər bir Azərbaycan vətəndaşının haqqı var. Biz qan tökərək bu torpaqlara qayıtmışıq".
Daxili siyasət
19 Oktyabr , 2022 22:36
Ali Baş Komandan: Biz qan tökərək bu torpaqlara qayıtmışıq

"Vətənpərvər olmaq üçün hər bir Azərbaycan vətəndaşının çox böyük haqqı var. Çünki biz bu torpaqlara qan tökərək qayıtmışıq".

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə görüşündə deyib.

"Bizim qəhrəman şəhidlərimiz öz canlarını fəda ediblər ki, bax, siz və sizin kimi yüz minlərlə azərbaycanlı öz dədə-baba torpağına qayıtsın. Sabah Zəngilanın, Zəngilan şəhərinin azad olunmasının ikinci ildönümüdür. Zaman tez keçir, ancaq artıq böyük quruculuq işləri görülür. Sizin əsas vəzifəniz oxumaqdır, valideynlərin, müəllimlərin sözünə baxmaqdır və gələcəkdə yaxşı vətəndaş olmaqdır", - Ali Baş Komandan bildirib.

Son xəbərlər

Orphus sistemi