Bu seçkilər Azərbaycanda baş verən ən mühüm siyasi hadisələrdən biri idi.
“Report” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Terentyev Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.
“Bu hadisə bizə Azərbaycanın gələcəkdə hansı inkişaf vektorunu seçəcəyini göstərəcək”, - o bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsindən məmnunluğunu ifadə edir: “Azərbaycanın öz xalqının mənafeyi naminə suveren və müstəqil siyasət aparması bizi valeh edir. Bir çox ölkələr seçkilərdə kənar təsirlərlə üzləşirlər. Şadıq ki, Azərbaycanda güclü seçki kampaniyası aparılıb, bu, Azərbaycan xalqının ölkə hakimiyyətinin seçdiyi siyasi kursdan razı qaldığını göstərir”.
Deputat, həmçinin xatırladıb ki, Azərbaycanla onun təmsil olunduğu Tatarıstan Respublikasını möhkəm bağlar bağlayır.
A.Terentyev qeyd edib ki, seçkilər uğurla keçib: “Seçki məntəqələrində olarkən biz çox mehriban ab-havanın şahidi olduq ki, hüquqi baxımdan uğurlu seçkilər oldu”.