Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib

Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib Bakı. 12 aprel. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.
Daxili siyasət
12 Aprel , 2018 09:39
Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib

Bakı. 12 aprel. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə "Report" Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasət ilə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək", - təbrik müraciətində deyilir.

A.Lukaşenko həmçinin İlham Əliyevə nəzərədə tutulan planların həyata keçirilməsində möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və uğurlar diləyib.

Son xəbərlər

Orphus sistemi