Yuxarı
    Bağlamaq

    Aktivləri dondurulmuş şəxslərin zəruri hallarda dondurulmuş aktivlərdən istifadə qaydası təsdiqlənib

    Qərarı baş nazir Artur Rasizadə imzalayıb

    Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Nazirlər Kabineti “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

    "Report" xəbər verir ki, qərarı baş nazir Artur Rasizadə imzalayıb.

    Qərarda bildirilir: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 noyabr tarixli 681 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası” təsdiq edilsin".

    Dondurulmuş aktivlərdən istifadə edilməsinin əsaslarına əsasən fiziki və ya hüquqi şəxslərin dondurulmuş aktivlərindən istifadə edilməsinə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir.

    Dövlət Təhlükəsizliyi Xidməti aktivləri dondurulmuş şəxslərin yazılı müraciətindən sonra 7 gün müddətində dondurulmuş aktivlərdən vergi və rüsumlar, sığorta ödənişləri (həyat yığım sığortası istisna olmaqla), kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri), maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları, fiziki şəxslərin, habelə onların ailə üzvlərinin həyatı üçün zəruri olan qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər, fiziki şəxslərin peşə fəaliyyəti ilə əlaqədar üzvlük haqları, fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə zəruri olan xərclərə ehtiyacların ödənilməsinə icazə verir:.

    övlət Təhlükəsizliyi Xidməti aktivləri dondurulmuş şəxslərin yazılı müraciətinə əsasən, 7 gün müddətində həmin şəxslərin gözlənilməz xərclərə ehtiyaclarının ödənilməsi məqsədi ilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir.

    Aktivləri dondurulmuş şəxslər öz müraciətlərində zəruri və gözlənilməz xərclərə ehtiyaclarını yazılı qaydada əsaslandırmalıdırlar.

    Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 gün müddətində aktivləri dondurulmuş şəxsi müraciətin qəbul edilməsi və mövcud prosedur barədə məlumatlandırmalıdır.

    Dondurulmuş aktivlərdən istifadəyə dair icazənin verilməsi qaydasına əsasən dondurulmuş aktivlərdən istifadə olunmasına dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğun maliyyələşdirilməsinə yönəl-dilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

    BMT-nin Təhlükəsizlik Şurasının terrorçuluğun maliy-yələşdirilməsinin qarşısının alınması məqsədi ilə yaradılmış Sanksi-yalar Komitəsi tərəfindən tərtib edilmiş Birləşmiş Siyahı əsasında Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq olunmuş Beynəlxalq Siyahıya daxil edilmiş şəxslərin dondurulmuşaktivlərindən istifadəyə dair qərar müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir.

    Rəyin alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən etibarən 2 gün müddətində həmin müraciəti BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə 1 gün müddətində sözügedən müraciət əsasında BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə sorğu ünvanlayır.

    Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin rəyini daxil olduqdan sonra 1 gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmasından sonra 1 gün müddətində aktivləri dondurulmuş şəxslərin aktivlərindən istifadə edilməsinə dair qərar qəbul edir.

    Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, dondurulmuş hesablara ediləcək hər hansı ödənişlər və faizlər, hesablar dondurulan dövrə qədər olan müddətdə bağlanılmış müqavilə və yaranmış öhdəlik üzrə ödənişlər, aktivləri dondurulmuş şəxslərin xeyrinə ediləcək hər hansı digər ödənişlər vaxtı istifadə olunmasına icazə verilə bilər:.

    Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslər zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi