​Müsavat rəhbərliyi partiya qarşısında aksiya keçirilməsinə münasibət bildirib

​Müsavat rəhbərliyi partiya qarşısında aksiya keçirilməsinə münasibət bildirib "Zəruri tədbirləri görməklə aksiyanı keçirə bilərlər"
Daxili siyasət
6 May , 2015 10:54
​Müsavat rəhbərliyi partiya qarşısında aksiya keçirilməsinə münasibət bildirib

Bakı. 6 may. REPORT.AZ/ Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiya qərargahı qarşısında keçiriləcək aksiyaya münasibət bildirib.

G.Aslanlı "Report"a açıqlamasında deyib ki, hər bir şəxsin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq toplantı keçirmək hüququ var və zəruri tədbirləri görməklə aksiyanı keçirə bilər.

G.Aslanlı aksiya keçirmək istəyənlərə partiya qərargahında yer veriləcəyini də istisna etməyib: "Müsavat Partiyasının üzvləri qərargahda toplantı keçirmək təşəbbüsündə ola bilərlər. Həmin təşəbbüsün nədən ibarət olduğunu partiya rəhbərliyinə söyləsinlər, ona uyğun olaraq da qərarlar qəbul olunsun".

Qeyd edək ki, Vurğun Əyyubun və digər şəxslərin Müsavatdan xaric edilməsinə etiraz əlaməti olaraq partiya qərargahında, yaxud qərargahın qarşısında etiraz aksiyası keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi