“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə bağlı İşçi qrup yaradıldı

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə bağlı İşçi qrup yaradıldı Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılıb
Daxili siyasət
323
19 Aprel , 2021 13:11
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə bağlı İşçi qrup yaradıldı

Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamda öz əksini tapıb.

Konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi qrup aşağıdakı tərkibdədir:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

Son xəbərlər

Orphus sistemi