Agentliyin Çağrı Mərkəzi ötən il əqli mülkiyyət məsələləri ilə bağlı 31 mindən çox müraciəti cavablandırıb

Daxili siyasət
  • 26 aprel, 2023
  • 11:19
Agentliyin Çağrı Mərkəzi ötən il əqli mülkiyyət məsələləri ilə bağlı 31 mindən çox müraciəti cavablandırıb
Kamran İmanov

“2022-ci il ərzində əqli mülkiyyət məsələlərinə dair “Çağrı Mərkəzi” vasitəsi ilə daxil olmuş 31730-dan artıq müraciət cavablandırılıb”.

“Report” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusunda konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, infrastrukturun yeni layihələri sırasında yaradılmış “Çağrı Mərkəzi”nin fəaliyyəti əqli mülkiyyət obyektləri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin, habelə ixtira və patent fəallığının daha da artmasına müsbət təsirini göstərib.

K.İmanov bildirib ki, keçirilmiş sorğulara əsasən “Çağrı Mərkəzi”nin fəaliyyəti ictimai rəydə ən yüksək qiymət alıb.