Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub – VİDEO - YENİLƏNİB-2

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub – VİDEO - YENİLƏNİB-2 Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Daxili siyasət
22 aprel 2025 13:41
Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub – VİDEO - YENİLƏNİB-2

Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

“Report”un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. 

Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.

Artıq doğma kəndinə köçən ailələrin sayı 90-a (306 nəfər) çatdırılıb.

13:05

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

"Report"un Qarabağ bürosunun Ağdərə rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, Həsənrizə köçün 4-cü mərhələsində kəndə 20 ailə (68 nəfər) köçürülüb.

Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 90 ailə (306 nəfər) köçürülüb.

11:25

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosunun Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, erməni işğalından azad edildikdən sonra yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir.

Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür.

Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Orphus sistemi