Ağdamın işğalı ilə bağlı virtual təbliğat aksiyası başladı

Ağdamın işğalı ilə bağlı virtual təbliğat aksiyası başladı Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən 23 iyul Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27 - ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlanılıb.
Daxili siyasət
23 İyul , 2020 12:47
Ağdamın işğalı ilə bağlı virtual təbliğat aksiyası başladı

Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 23 iyul Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27 - ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.

Nazirliyin mətbuat katibi Samaya Məmmədovanın "Report"a verdiyi məlumata görə, aksiya çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi portalı (www.virtualkarabakh.az), YouTube kanalında (www.youtube.com/virtualkarabakhtv ) və rəsmi feysbuk səhfəsində (www.facebook.com/virtualkarabakh/) Ağdam rayonu və onun işğalının acı nəticələri ilə bağlı təqdim olunan məlumatların, infoqrafikaların, filmlərin, digər foto və video materialların gənclərin aktiv iştirakı ilə müxtəlif sosial şəbəkələrdə paylaşılması həyata keçiriləcək.

Nazirliyin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin hazırladığı “Aghdam - virtual visit / Ağdam - virtual səyahət” 3 D qrafik təsvirli film "Aghdam - virtual visit" / "Ağdam - virtual səyahət" adlanır. 

Aksiya zamanı aşağıdakı həştəqlərdən istifadə olunacaq:

#Azerbaijan #Ağdam #Ağdamsız27il #Aghdam #27yearswithoutAghdam #Агдам #Karabakh #Qarabağ #Карабах #KarabakhConflict #Knowarmenia #STOParmenia #stoparmenianagression #NKpeace #StopArmenianOccupation #ArmenianTerrorists #JusticeForInternationalLaw #armenianvandalism #KarabakhNow #armenia #армения #armeniaNow #OSCE #OSCEMG #ARGİN #MYS #virtualkarabakh #AllforKarabakh

Son xəbərlər

Orphus sistemi