Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.
Daxili siyasət
30 Sentyabr , 2024 15:43
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.

Bunu "Report"a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:

"Bu işlər Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində plana uyğun qaydada davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllıqla planlaşdıraraq bunu edirik".

Emin Hüseynov
Emin Hüseynov

O qeyd edib ki, hazırda Ağdam rayonunun üç kəndində quruculuq işləri davam edir:

"Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda üç kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir.

Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə beş məhəllənın salınması nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 bina inşa olunur. Ağdam şəhərinə gəən ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq, tikinti işləri yekunlaşdıqdan sonra digər məhəllələrə də köç başlayacaq"

Son xəbərlər

Orphus sistemi