​Ağcabədidə şəhidin medalı ailəsinə təqdim edilib - FOTO

​Ağcabədidə şəhidin medalı ailəsinə təqdim edilib - FOTO Anar Atayev bu il martın 11-də Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub
Daxili siyasət
22 Avqust , 2015 12:38
​Ağcabədidə şəhidin medalı ailəsinə təqdim edilib - FOTO

Bakı. 22 avqust. REPORT.AZ/ Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan əsgər Anar Atayev təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub. "Report" xəbər verir ki, medalın təqdimetmə mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin, şəhidin xidmət etdiyi hərbi hissənin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani çıxış edib. O bildirib ki, 2014-cü ilin iyulunda Mingəçevir şəhərindən hərbi xidmətə çağırılan 1991-cü il təvəllüdlü Anar Atayev 2015-ci il martın 11-də Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə şəhid Anar Atayev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. 

Sonda polkovnik Abdulla Qurbani medalı şəhidin ailəsinə təqdim edib. Bildirilib ki, bütün qəhrəman oğulların qisası yerdə qalmayacaq və hər bir şəhidin xatirəsi daima uca tutulacaq.

Son xəbərlər

Orphus sistemi