"Şükür edirəm ki, Ağalıdayam.Ömrümün son günlərini öz doğma yurdumda yaşayacağam"
Bu fikirləri "Report"un Qarabağ bürosuna açıqlamasında sentyabrın 10-da Ağalıya köçən 81 yaşlı Qənfilə Qaytaranova deyib.
O, doğma torpağında olduğuna görə çox sevindiyini söyləyib: "Bu yaşa kimi nə qədər əziyyət çəkmişəmsə, onu tam olaraq unuduram. Bu gün dünyanın ən xoşbəxt insanıyam ki, öz ata-baba yurdumda son illərimi yaşayacağam. Bu xoşbəxtliyi mənə və mənim kimi minlərlə yaşlı insanlara bəxş etmək üçün öz canlarından keçən balalarımızın ruhu qarşısında baş əyirəm. Ölüm bizlərin olsa da, onlar bizlərə öz ömürlərini bəxş edib. Bu sevinci bizə yaşatmaq üçün özlərinin vətən, xalq sevgilərini ortaya qoydular"