Ağ Partiyaya qərargah verilməsi üçün dövlət qurumlarına müraciət edilib

Ağ Partiyaya qərargah verilməsi üçün dövlət qurumlarına müraciət edilib Partiya sədri: "Siyasi partiya kommersiya təşkilatı olmadığından gəlir əldə etmir, dövlət qurumları bunu nəzərə almalıdır"
Daxili siyasət
15 İyul , 2016 17:33
Ağ Partiyaya qərargah verilməsi üçün dövlət qurumlarına müraciət edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Ağ Partiyanın sədri Tural Abbaslı rəhbərlik etdiyi təşkilata qərargah verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edib.

Bu barədə "Report"a T.Abbaslı məlumat verib.

O qeyd edib ki, rəhbərlik etdiyi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan partiya olduğundan qərargahla təmin olunmalıdır: "Ağ Partiya Vahid Azərbaycan Partiyasının bazasında yaradılıb. Biz sadəcə qurultay keçirərək partiyanın adını dəyişmişik. Yaxın günlərdə müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Faktiki, Ağ Partiya dövlət qeydiyyatına alınan partiya hesab olunur. Ona görə müvafiq dövlət qurumları partiyanı qərargahla təmin etməlidir. Siyasi partiya kommersiya təşkilatı olmadığından gəlir əldə etmir. Gəlirimiz olmadığına görə öz hesabımıza qərargah götürə bilimirik".

Son xəbərlər

Orphus sistemi