Yuxarı

ADR-in sədri məlum olub

Namizədlərin hamısı Qubad İbadoğlunun xeyrinə namizədliklərini geri götürüblər

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədrliyinə seçki keçirilib.

“Report”un məlumatına görə, bu gün keçirilən təsis konfransında hərəkatın sədrliyinə Ellada Məmmədlinin, Səxavət Əlisoyun, Əhliman Abbasın, Ədalət Yusubovun, Vurğun Əyyubun və Qubad İbadoğlunun namizədliyi irəli sürülüb.

Namizədlərin hamısı Qubad İbadoğlunun xeyrinə namizədliklərini geri götürüblər.

Q.İbadoğlunun namizədliyi səsverməyə çıxarılaraq təsdiq edilib. 

Hərəkatın Nizamnaməsi də konfranda təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi