Abid Şərifov: "Bakının kanalizasiya sisteminin qurulması ilə bağlı işlər bir ay ərzində bitməlidir"

Abid Şərifov: "Bakının kanalizasiya sisteminin qurulması ilə bağlı işlər bir ay ərzində bitməlidir" "İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda yağış-qar məsələsində əzab-əziyyət çəkməsin"
Daxili siyasət
19 Sentyabr , 2017 11:53
Abid Şərifov: Bakının kanalizasiya sisteminin qurulması ilə bağlı işlər bir ay ərzində bitməlidir
Report/ Elshan Baba

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Bakının kanalizasiya sisteminin qurulması ilə bağlı işlər gedir və bu işlər bir ay ərzində bitməlidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, bu işlərin qurtarması üçün Prezident İlham Əliyevin sərəncamı ilə "Azərsu" ASC-yə 12 milyon manat vəsait ayrılıb: "9 proyekt konkret analiz olunub, aidiyyatı qurumlarla razılaşdırılıb".

"İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda yağış-qar məsələsində əzab-əziyyət çəkməsin", - baş nazirin müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi