Yuxarı

90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürənlərin sayı açıqlanıb

DSK sədri: Həmin şəxslərə imza vərəqələri verilib

Bakı. 11 may. REPORT.AZ/ 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkidə iştirak etmək üçün 10 nəfər namizədliyini irəli sürüb.

Bu barədə "Report"a 90 saylı Ağdaş dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov məlumat verib.

O bildirib ki, namizədliyini irəli sürənlərdən biri hakim Yeni Azərbaycan Partiyasını, biri Ümid Partiyasını təmsil edir, digərləri isə bitərəf şəxslərdir: "Həmin şəxslərə imza vərəqələri verilib".

Komissiya sədri deyib ki, namizədliyini irəli sürənlərdən hələlik qeydə alınan yoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyası (MSK) həmin seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.

Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi