Bakı. 3 may. REPORT.AZ/ 90 saylı Ağdaş seçki dairəsindən 6 nəfər deputatlığa namizədliyini irəli sürüb.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, həmin şəxslərdən ikisi siyasi partiya - hakim Yeni Azərbaycan Partiyası (YAP) və Ümid Partiyasının nümayəndəsidir: “Digər 4 nəfər isə bitərəflərdir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.