84 yaşlı keçmiş məcburi köçkün: Şuşaya qayıtdığıma görə çox sevincliyəm

84 yaşlı keçmiş məcburi köçkün: Şuşaya qayıtdığıma görə çox sevincliyəm Şuşaya yenidən qayıtdığıma görə çox sevincliyəm.
Daxili siyasət
4 Dekabr , 2024 10:48
84 yaşlı keçmiş məcburi köçkün: Şuşaya qayıtdığıma görə çox sevincliyəm
Rüstəmova Pakizə

Şuşaya yenidən qayıtdığıma görə çox sevincliyəm.

Bu sözləri "Report"a bu gün Şuşa şəhərinə köç edən 84 yaşlı keçmiş məcburi köçkün Rüstəmova Pakizə Adil qızı deyib.

O, 32 il əvvəl Şuşadan çıxdığını bildirib.

"Yenidən Şuşaya qayıtdığıma görə çox sevincliyəm. Həyat yoldaşım Şuşada rəhmətə gedib. Şəhər işğaldan azad olunduqdan sonra oraya getmək nəsib olmamışdı. Şuşa həmişə gözəl olub. Hərdən yuxularıma girirdi. Mən Bakıdan Şuşaya gəlin köçmüşəm. Qohumlarımız oradadır. İnşallah Şuşaya köç etdikdən sonra orada toy-bayram edərik”, - deyə keçmiş məcburi köçkün qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 48 ailə - 164 nəfər köçürülüb.

Son xəbərlər

Orphus sistemi