5 mindən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

5 mindən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və PSD təhlükəsi ilə bağlı t
Daxili siyasət
21 May , 2024 10:10
5 mindən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və partlamamış hərbi sursatlar (PSD) təhlükəsi ilə bağlı təlimlərə indiyədək 5 mindən çox şəxs cəlb edilib.

Bu barədə "Report"a "Qaçqınkom"dan məlumat verilib.

Bildirilib ki, maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mərhələli surətdə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və PSD ilə bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.

"Qapı-qapı" və "Məktəb" formatında keçirilən təlim sessiyaları AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. “Məktəb” sessiyasında isə təlimlər sinif otaqlarında şagird qrupları üçün interaktiv formada keçirilib. Təlimlərin hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb, nəzəri və praktik vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.

Bununla da Abşeron rayonu, Mehdiabad qəsəbəsində müvəqqəti məskunlaşmış 1700-dən çox keçmiş məcburi köçkünün mina təhlükəsi ilə bağlı məlumatlılığı artırılıb.

İlk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəblilər üçün təşkil olunub. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə

Son xəbərlər

Orphus sistemi