21 saylı Nəsimi birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində 309 nəfər səs verib

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 12:08
21 saylı Nəsimi birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində 309 nəfər səs verib

Bələdiyyə seçkiləri ilə əlaqədar 21 saylı Nəsimi birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi davam etdirilir.

“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1277 nəfərin adı var.

Seçki məntəqəsində səsvermə başlayandan, təqribən, 309 nəfər səs verib.

Seçki prosesini yerli müşahidəçilər izləyirlər.

Xatırladaq ki, məntəqə 247 saylı tam orta məktəbin binasında yerləşir.

44 filmi