​"1915 - Osmanlı Dosyesi" kitabının təqdimat mərasimi keçirilib

​"1915 - Osmanlı Dosyesi" kitabının təqdimat mərasimi keçirilib Kitab 1915-ci ildə Osmanlı İmperiyasında baş verən, habelə ondan sonrakı dövrləri əhatə edən hadisə və proseslərə həsr olunub
Daxili siyasət
20 Aprel , 2015 19:31
​1915 - Osmanlı Dosyesi kitabının təqdimat mərasimi keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Əli Hacızadənin müəllifi olduğu "1915 - Osmanlı Dosyesi" kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, kitab I Dünya müharibəsi zamanı, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən, habelə ondan sonrakı dövrləri əhatə edən hadisə və proseslərə həsr olunub.

Qeyd edək ki, Ə.Hacızadə PR texnologiyaları üzrə mütəxəssis olmaqla yanaşı, Rusiya və Azərbaycan KİV-lərində "Erməni məsələsi" və Yaxın Şərq məsələlərinə dair bir çox analiz və məqalənin müəllifi, bir sıra Rusiya KİV-lərinin ekspertidir.

Müəllif kitabın təqdimatında çıxışında rus dilində bu hadisələrə özündə obyetiv baxışı ehtiva edən bir kitabı yazmağı çoxdan planladığını bildirib.Kitabın Türk millətinə və Türkiyəyə qarşı yayılan şər və böhtanların pik nöqtəyə çatdığı bir dövrdə hazır olması da əlamətdardır. Kitabın anotasiyasında Ə.Hacızadə qeyd edib ki, "Kitab 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrə və bu təlatümlü zamanda həlak olan bütün qurbanlara həsr olunur".

Kitabda tədqiq olunan tarixi hadisələr Qərbdən olan missionerlərin Osmanlı İmperiyasında fəaliyyətə başlamasından etibarən XX əsrin 80-ci illərinə kimi müasir Türkiyə Respublikasında baş verən hadisələrə qədər olan zaman kəsiyini əhatə edir. Kitabın yazılması əsnasında rus, türk, Qərb və erməni mənbələrindən istifadə edilib və onlara istinad olunub. Habelə başqa ölkələrdə baş vermiş, analoji və oxşar hadisələrin müqayisəli təhlili aparılıb.

Ümumilikdə kitab müəllifin ön sözünü nəzərə almasaq, 13 bölmədən ibarətdir.

Bu bölmələr aşağıdakılardır: "İmperiyanın son döyüşü", "Osmanlı erməniləri və missionerlər", "Müharibə zamanı mülki əhalinin deportasiyası", "Qurbanlar və statistika", "1919-1920-ci illərin Türk Hərbi Tribunalı", "Malta Sürgünləri", "Tələt Paşanın teleqramları - erməni soyqırımının sübutu kimi", "Hitlerin sözləri - Oberzalsberg nitqi", "Erməni soyqırımının Xolokost ilə müqayisəsi", "Erməni soyqırımı və erməni terrorizmi", "Türk qətliamları", "Altı Vilayət", "1915-ci il hadisələrini soyqırım hesab etmək olarmı?".

Qeyd edək ki, "1915 - Osmanlı Dosyesi"nin unikallığı ondan ibarətdir ki, rus dilində bu mövzuda nəşr olunan tarixi əsər və kitabların mütləq çoxluğunun müəllifləri ya ermənilər, ya da türklərə və Türkiyəyə mənfi münasibət bəsləyən insanlar tərəfindən qələmə alınır. Bu hal da obyektiv və neytral tarixi əsərlərin meydana çıxmasına maneçilik törədir.

Son xəbərlər

Orphus sistemi