Yuxarı

19 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

64 nəfər imza vərəqini artıq DSK-lara təqdim edib

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Milli Məclisə seçkilərdə iştirak etmək üçün seçki dairələrinə 1 017 nəfər müraciət edib. Onlardan 506 nəfərin namizədliyi partiyalar, 37 nəfər “Azadlıq-2015” seçki bloku, 3 nəfər təşəbbüs qrupu tərəfindən irəli sürüb. 471 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, deputatlığa namizədliyini irəli sürən şəxslərdən 839 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub: "Artıq 721 nəfərə isə imza vərəqi verilib və 64 nəfər imza vərəqini artıq DSK-lara təqdim edib. 19 nəfərin namizədliyi qeydə alınıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi