106 saylı DSK-nın 106 yaşlı seçicisi səs verib - FOTO

106 saylı DSK-nın 106 yaşlı seçicisi səs verib - FOTO Səsverməni 382 müşahidəçi izləyir
Daxili siyasət
26 Sentyabr , 2016 13:19
106 saylı DSK-nın 106 yaşlı seçicisi səs verib - FOTO

Tovuz. 26 sentyabr. REPORT.AZ/ 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyasına (DSK) daxil olan məntəqələrdə seçici fəallığı müşahidə edilir. "Report"un Qərb bürosunun məlumatına görə,  DSK-nın 37 məntəqəsində 46 934 seçici qeydiyyatdadır. 8 məntəqəyə veb kameralar quraşdırılıb. 
DSK-nın məntəqlərində səsvermənin gedişini izləmək üçün 382 nəfər yerli müşahidəçi qeydiyyata alınıb. Dairənin ən yaşlı seçicisinin 106 yaşı var. Qazax rayon Kamuna kənd sakini olan Səkinə Nuriyeva 32 saylı məntəqədə qeydiyyatdadır. Onu da qeyd edək ki, dairənin 2 saylı məntəqəsində "ELS" müstəqil araşdırmalar mərkəzi "exit-poll" keçirir.

Son xəbərlər

Orphus sistemi