Yuxarı

10 saylı cəzaçəkmə müəssisəsində əfv edilmiş 19 nəfər azadlığa buraxılıb - FOTO

Onlar çıxışlarında Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən 19 nəfər azadlığa buraxılıb.

“Report”un məlumatına görə, azadlığa buraxılanlar arasında Türkiyə və Nigeriya vətəndaşları da olub. Onlar çıxışlarında Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 210 nəfərə şamil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi