Yan Zahradil Avropa parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsinə münasibət bildirib

Yan Zahradil Avropa parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsinə münasibət bildirib Bakı. 9 iyun. REPORT.AZ/ Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının heç bir üzvü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etmək niyyətində deyil.
Qarabağ
9 İyun , 2018 16:35
Yan Zahradil Avropa parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsinə münasibət bildirib
Yan Zahradil/Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti / Report/Firi Salim

Bakı. 9 iyun. REPORT.AZ/ "Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının heç bir üzvü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etmək niyyətində deyil".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, çexiyalı avroparlamentari Yan Zahradil Avropa parlamentinin bəzi üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri barədə sualını cavablandırarkən deyib.

"Mən başa düşürəm ki, Azərbaycan hökuməti Avropa parlamentinin hər hansı bir üzvünün Dağlıq Qarabağa qanunsuz, Azərbaycan tərəfindən icazə almadan getməsinə görə təəssüflənir və bunu yaxşı qarşılamırlar. Hər bir avroparlamentari istədiyini etməkdə sərbəstdir. Ancaq mən və təmsil etdiyim qurumun üzvləri belə bir addımı atmarıq", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi