Yuxarı

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Türkiyədə “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib

Tədbirdə Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, çox sayda elm adamları, Ankaradakı diplomatik korpusun nümayəndələri iştirak ediblər

Bakı. 18 fevral. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ankaradakı ofisinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Endless Corridor” (Sonsuz dəhliz) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Tədbirin açılış hissəsində Türkiyə Respublikası mədəniyyət və turizm naziri Ömər Çəlikin Xocalı soyqırımına həsr etdiyi mesaj iştirakçılara oxunub. Mesajda Türkiyənin dost və qardaş Azərbaycanın acılarını paylaşdığı vurğulanıb.

Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Lionel Zəttər, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov və Xocalı sakini, soyqırımın şahidi Valəh Hüseynov tərəfindən çıxışlar həyata keçirilib. Çıxışlar zamanı Xocalıya ədalət kampaniyasının əhəmiyyətindən bəhs olunub, sözügedən kitab və sənədli filmin beynəlxalq xüsusilə türk ictimaiyyətinin Xocalıda törədilən soyqırım həqiqətləri ilə daha ətraflı məlumatlandırılması istiqamətində əvəzsiz bir funksiyası olduğu və Xocalıda baş verənlərin bütün türk dünyasının aidiyyətində olduğu vurğulanıb. Çıxışların ardından Sonsuz Dəhliz adlı sənədli filmin nümayişi həyata keçirilmiş və tədbir başa çatıb.

Tədbirdə səfirliyin əməkdaşları, Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, çox sayda elm adamları, Ankaradakı diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi