Yuxarı

Rusiya XİN rəsmisi: "Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin danışıqları bərpa etməsinin zəruriliyinə əminik"

Mariya Zaxarova müharibə risklərinin azaldılması üçün səyləri artırmağın əhəmiyyətli dərəcədə vacib olduğunu bildirib

Bakı. 21 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri indi təmkinli davranmalı və sabitliyin bərpası üçün dialoq aparmalıdır".

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmək üçün Yerevana səfərini şərh edərkən XİN-in sözçüsü Mariya Zaxarova deyib.

"Biz münaqişənin davamlı, sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərin danışıqlar prosesini bərpa etməsinin zəruriliyinə əminik", - deyə M.Zaxarova bildirib.

O, əldə olunmuş razılaşma əsasında müharibə risklərinin azaldılması üçün səyləri artırmağın əhəmiyyətli dərəcədə vacib olduğunu bildirib.

"Məqsədə çatmaq üçün ATƏT-in Minsk qrupunun digər ölkələri ilə əlaqəli şəkildə beynəlxalq vasitəçi kimi çıxış edib tərəflərə zəruri yardımı göstərməyə hazır olduğumuzu bir daha təsdiq edirik", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi