Yuxarı
    Bağlamaq

    XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bir neçə dəfə irəliləyişə çox yaxın olmuşuq"

    Mövcud status-kvo heç kimi qane etmir

    Bakı. 9 fevral. REPORT.AZ/ "Hamıya aydındır ki, mövcud status-kvo Ermənistan tərəfindən başqa, heç kimi qane etmir".

    "Report" xəbər verir ki, bunu RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

    "Nazir olduğum dövrdə bir neçə dəfə bu məsələdə irəliləyişə yaxın olmuşuq... Əlbəttə, 20 ildir işğal olunmuş ərazilərimizin, təəssüf ki, yalnız hərbi güclə azad edilməsindən məmnun deyilik. Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilib, indi insanlar oraya qayıtmağa başlayıblar. Çox təəssüf ki, ərazilərimizi hərbi yolla azad edirik, hərçənd ilk gündən məsələnin sülh yolu ilə həll edilməsinin zəruriliyini bildiririk" - XİN başçısı bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi