Bakı. 9 fevral. REPORT.AZ/ "Hamıya aydındır ki, mövcud status-kvo Ermənistan tərəfindən başqa, heç kimi qane etmir".
"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Nazir olduğum dövrdə bir neçə dəfə bu məsələdə irəliləyişə yaxın olmuşuq... Əlbəttə, 20 ildir işğal olunmuş ərazilərimizin, təəssüf ki, yalnız hərbi güclə azad edilməsindən məmnun deyilik. Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilib, indi insanlar oraya qayıtmağa başlayıblar. Çox təəssüf ki, ərazilərimizi hərbi yolla azad edirik, hərçənd ilk gündən məsələnin sülh yolu ilə həll edilməsinin zəruriliyini bildiririk" - XİN başçısı bildirib.