XİN Abxaziyanın qondarma "Dağlıq Qarabağ" separatçıları ilə vizasız rejimə keçməsinə münasibət bildirib

XİN Abxaziyanın qondarma "Dağlıq Qarabağ" separatçıları ilə vizasız rejimə keçməsinə münasibət bildirib "Azərbaycan Respublikası Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"
Qarabağ
24 Fevral , 2016 14:50
XİN Abxaziyanın qondarma Dağlıq Qarabağ separatçıları ilə vizasız rejimə keçməsinə münasibət bildirib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) KİV-də tanınmamış Abxaziyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ" ilə vizasız rejimə keçməsinə münasibət bildirib.

"Report"un xəbərinə görə, Azərbaycan xarici siyasət idarəsinin sözçüsü Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu mövqe bir daha Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi bəyannaməsində öz əksini tapıb: "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur. Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları Azərbaycanın Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bundan kənar hər hansı öz fəaliyyət qanundan kənardır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı var. XİN Azərbaycan Respublikası vətəndaşlarını Gürcüstan Respublikası mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır".

Son xəbərlər

Orphus sistemi