Yuxarı
    Bağlamaq

    Vəkillər Kollegiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

    Bakı. 26 fevral. REPORT.AZ/ Vəkillər Kollegiyasının Rəyasət Heyətində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.

    Vəkillər Kollegiyasının Rəyasət Heyətindən "Report"a verilən məlumata görə, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Vəkillər Kollegiyasının sədri Anar Bağırov 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş hadisələr barədə ətraflı məlumat verib. O, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edib.

    Bundan əlavə, tədbirdə Xocalı soyqırımı qurbanlarının hüquqlarının müdafiəsi məsələsinə də toxunulub, vəkillər tərəfindən bu şəxslərə əvəzsiz hüquqi yardım göstərilməsi təklif olunub.

    Tədbirdə Xocalı faciəsi ilə bağlı film nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi