Yuxarı
    Bağlamaq

    UBM Group Xocalı soyqırımının 24-cü ildönümünü yad etməklə bağlı təbliğat kampaniyasına start verib

    Qurum həm Azərbaycanda, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı mediada və xarici ölkədə təbliğatı gücləndirməyə dəvət edir

    Bakı. 18 fevral. REPORT.AZ/ UBM Group Xocalı soyqırımının 24-cü ildönümünü yad etməklə bağlı təbliğat kampaniyasına start verib.

    "Report"un məlumatına görə, UBM Group "Facebook", "Twitter", "Instagram" və "YouTube" sosial şəbəkələrində Justice for Khojaly! “Xocalıya ədalət!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına başlayıb. Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və videokadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - ingilis, fransız, alman, rus və Azərbaycan dillərində hazırlanıb.

    Məlumatda qeyd olunub ki, UBM Group “Justice for Khojaly” təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində müasir vasitələrdən istifadə etməklə, Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.

    UBM Group hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir. Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #‎justiceforkhojaly‬ ‪#‎armenianaggression‬ ‪#‎armenianterror‬ ‪#‎khojaly‬ həştəqlərindən istifadə oluna bilər:

    https://www.facebook.com/JusticeForKhojaly

    https://twitter.com/justice_khojaly

    https://www.instagram.com/justice_khojaly/

    https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8Xk...

    UBM həm Azərbaycanda, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı paylaşılan təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və xarici ölkədə təbliğatı gücləndirməyə dəvət edir.

    Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.

    “Justice for Khojaly” (“Xocalıya ədalət”) kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə ilk dəfə olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə başladılıb. 

    Qeyd edək ki, UBM Group Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara alıb. Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi