Yuxarı
    Bağlamaq

    Türkiyənin Malatya şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı konfrans keçirilib

    Tədbirdə Xocalı soyqırımına dair qısametrajlı film nümayiş etdirilib

    Bakı. 26 fevral. REPORT.AZ/ Fevralın 24-də INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinin də dəstəyi ilə Türkiyənin Malatya şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı konfrans keçirilib.

    "Report" xəbər verir ki, konfransda deputat Aydın Mirzəzadə, INDEX-in baş katibi Əli Məmmədov və koordinator Şükran Qarayev, Malatya Yeşilyurt və Battalgazi bələdiyyəsi başçısının müavinləri, İnönü Universitetinin rektor köməkçisi, INDEX Malatya təmsilçisi Ramal Şəmşədli, Universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

    İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

    Xocalı soyqırımına dair qısametrajlı film izlənildikdən sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə, çıxış edərək bu vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş olduğunu söyləyib və Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı və digər qətliamlardan ətraflı bəhs edib, Türkiyəyə bu məsələdə göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

    Daha sonra INDEX baş katibi Əli Məmmədov çıxış edərək soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu bildirib. INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi olaraq hər il soyqırımı ilə bağlı Türkiyənin müxtəlif şəhərlərində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirlərinin düzənləndiyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi