Yuxarı

​Türkiyədə ermənilərin girov götürdükləri azərbaycanlılarla bağlı aksiya keçiriləcək

Faşist Ermənistanın girov götürdüyü iki türkü geri istəyirik!

Bakı. 16 yanvar. REPORT.AZ/ "İğdır Azərbaycan evi" İctimai Birliyi yanvarın 17-də yerli vaxtla saat 12-də Türkiyənin İğdır şəhərinın Zübeydə xanım bulvarında "Faşist Ermənistanın girov götürdüyü iki türkü geri istəyirik!" şüarı altında aksiya keçirəcək.

"Report" "yesiligdir" saytına istinadən xəbər verir ki, bu barədə birliyin sədri Sərdar Ünsal bildirib.

"Bütün iğdırlıları imza kampaniyasına və mətbuat konfransına dəvət edirik. Hamı gəlsin, ermənilərin bu əməlinə etiraz etsin", - S.Ünsal deyib.

O, Azərbaycanın işğal altında olan torpaqlarında yaxınlarının qəbrilərini ziyarət edərkən girov götürülən azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin sərbəst buraxılması üçün sağlam düşüncəli hər kəsin imzatoplama kampaniyasında iştirakını vacib sayıb: "Onların Ermənistan Silahlı qüvvələri tərəfindən girov götürülərək, "həbs cəzasına" məhkum edilmələrini qınayırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi