Yuxarı
    Bağlamaq

    Serj Sarqsyan Ermənistana qayıdıb, oradan Dağlıq Qarabağa gəlib

    Bakı. 9 avqust. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

    “Report” “Joxovurd”a istinadən xəbər verir ki, o, 3 gündür Xankəndidədir.

    S.Sarqsyanın anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunub. 

    Başqa məlumatlara əsasən, o, 10 gün xaricdə səfərdə olub və İtaliyda dincəlib. S.Sarqsyanın ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib.

    Qeyd edək ki, S.Sarqsyanın qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi