Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsi razılaşdırılmış prinsiplər əsasında həll olunmalıdır"

Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsi razılaşdırılmış prinsiplər əsasında həll olunmalıdır" "ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin davam etdirilməsi ilə bağlı tam razılıq var"
Qarabağ
9 Dekabr , 2016 15:19
Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsi razılaşdırılmış prinsiplər əsasında həll olunmalıdır

Bakı. 9 dekabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında səylərin davam etdirilməsi ilə bağlı tam razılıq var".

"Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda mətbuat konfransında deyib.

Rusiya XİN başçısının sözlərinə görə, hazırda Qarabağ münaqişəsi zonasında ATƏT-in müşahidəçilərinin yerləşdirilməsi üzrə konsensus yoxdur.

"Biz çoxdan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vəziyyəti, o cümlədən də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Vyanada keçirilmiş görüşdə əldə edilmiş razılaşmalar və Rusiya Prezidenti Vladimir Putinin dövlət başçıları Əliyev və Sarqsyanla görüşü zamanı əldə olunmuş razılaşmalar fonundakı durumu şərh etmişik" - S.Lavrov bildirib.

Onun sözlərinə görə, razılaşmalar ilk növbədə atəşkəsə əməl edilməsi ilə bağlı olub: "Təəssüf ki, atəşkəsin pozulması halları davam edir. Bu baxımdan təmas xəttində vəziyyətin monitorinqini aparan ATƏT-in rolunu yüksək qiymətləndiririk."

Son xəbərlər

Orphus sistemi