Şəhid pilotlar və polkovnik dəfn edilib - YENİLƏNİB-3

Şəhid pilotlar və polkovnik dəfn edilib - YENİLƏNİB-3 Vida mərasimi başa çatıb
Qarabağ
11 Aprel , 2016 12:46
Şəhid pilotlar və polkovnik dəfn edilib - YENİLƏNİB-3

Bakı. 11 aprel. REPORT.AZ/ Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ikinci Fəxri xiyabanda dəfn edilib.

"Report"un xəbərinə görə, dəfn mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, millət vəkilləri, ziyalılar, şəhid olan pilotların yaxınları, habelə sadə vətəndaşlar iştirak edib.

Yaylım atəşi açılıb, şəhidlərin ruhuna dualar oxunub.

*** 12:35

Bakı. 11 aprel. REPORT.AZ/ Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başa çatıb.

*** 12:00

Bakı. 11 aprel. REPORT.AZ/ Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edir.

*** 10:49

Bakı. 11 aprel. REPORT.AZ/ Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimində millət vəkilləri, ziyalılar, şəhid olan pilotların yaxınları, habelə sadə vətəndaşlar iştirak edir.

Şəhidlər ikinci Fəxri xiyabanda dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi