Səfir: "Fransanın yeni prezidenti Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək"

Səfir: "Fransanın yeni prezidenti Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək" "Bu məsələdə ATƏT-in Minsk qrupunun da əsas prioriteti problemin sülh istiqamətində həll yolunu tapmasıdır"
Qarabağ
2 İyun , 2017 16:44
Səfir: Fransanın yeni prezidenti Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək
Report.az

Bakı. 2 iyun. REPORT.AZ/ "Fransanın yeni seçilən prezidenti Emanuel Makron Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlıdır. Çünki iki ölkənin ikitərəfli əlaqələrinin zəngin olduğunu dərk edir".

"Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez deyib.

Səfir hesab edir ki, yeni dövlət başçısının da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi mövcud problemin sülh yolu ilə həll olunmasına yönələcək: "Münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Bu məsələdə ATƏT-in Minsk qrupunun da əsas prioriteti problemin sülh istiqamətində həll yolunu tapmasıdır".

Son xəbərlər

Orphus sistemi