Yuxarı
    Bağlamaq

    Səfir: "Fransa Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün fəaliyyətini davam etdirəcək"

    Orelia Buşez: Rəsmi Paris münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır
    © Report

    Bakı. 11 dekabr. REPORT.AZ/ “Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır”.

    “Report”un məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bir qrup diplomat və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə Tərtər rayonunda məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbəni ziyarət etdikdən sonra bildirib.

    "Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi irəliləyişə nail olmaq üçün fəaliyyətini davam etdirəcək", - səfir vurğulayıb.

    Orelia Buşezinin sözlərinə görə, ilk dəfə bu bölgəyə səfər edir: "Burada çox keyfiyyətli binalar, o cümlədən məktəb və mənzillər tikilib və mən bundan məmnun qaldım. Çünki insanların həyatına qayğı göstərmək vacibdir. Bir daha qeyd edirəm ki, bu, bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsini tez bir zamanda sülh yolu ilə həll etmək vacibdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi
    Fatal error: Uncaught RedisException: MISCONF Redis is configured to save RDB snapshots, but it is currently not able to persist on disk. Commands that may modify the data set are disabled, because this instance is configured to report errors during writes if RDB snapshotting fails (stop-writes-on-bgsave-error option). Please check the Redis logs for details about the RDB error. in /var/www/report/public_html/api/vendor/yiisoft/yii/framework/web/CHttpSession.php:140 Stack trace: #0 /var/www/report/public_html/api/vendor/yiisoft/yii/framework/web/CHttpSession.php(140): session_write_close() #1 [internal function]: CHttpSession->close() #2 {main} thrown in /var/www/report/public_html/api/vendor/yiisoft/yii/framework/web/CHttpSession.php on line 140