​Rusiya XİN: "Qarabağ münaqişəsinin mövcud vəziyyətdən çıxmasını istəyirik"

​Rusiya XİN: "Qarabağ münaqişəsinin mövcud vəziyyətdən çıxmasını istəyirik" "Azərbaycan rəhbərliyinin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməsini yüksək dəyərləndiririk"
Qarabağ
23 May , 2015 17:48
​Rusiya XİN: Qarabağ münaqişəsinin mövcud vəziyyətdən çıxmasını istəyirik

Bakı. 23 may. REPORT.AZ/ "Azərbaycan Rusiya üçün Cənubi Qafqazda və Xəzər bölgəsində vacib tərəfdaşdır".

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında yer alan açıqlamada bildirilib.

"Azərbaycanla münasibəti bərabərlik, biri-birinin maraqlarına hörmət, xoşməramlı qonşuluq prinsipləri əsasında qururuq.

Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, 20 ildən artıqdır Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayır. Coğrafi yaxınlığımızı, xalqlarımızın ümumi tarixini nəzərə almaqla münaqişənin mövcud vəziyyətdən çıxması önəm verdiyimiz başlıca məsələdir və Rusiya xarici siyasətində buna üstünlük verir", - məlumatda bildirilib.

Rusiya XİN qeyd edib ki, ATƏT-in Mİnsk Qrupu mövcud vəziyyətdən çıxmaq üçün yükü çiyininə götürərək, təkliflər edə bilər: "Münaqişənin həlli vasitəçilərdən deyil, münaqişə edən tərəflərdən asılıdır. Dağlıq Qarabağ münaqişəsinin ani həlli üçün haradansa "möcüzəli respet" çıxacağına nə tərəflər, nə vasitəçilər ümid etməməlidir. Yollar gedə-gedə bitər.

Azərbaycan rəhbərliyinin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməsini yüksək dəyərləndiririk". 

Son xəbərlər

Orphus sistemi