Yuxarı
    Bağlamaq

    Rusiya XİN: ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişməsində siyasi çalar görmürük

    Mariya Zaxarova: ATƏT-in Minsk qrupuna daha çox fəallıq və səy göstərməyi arzu edə bilərik

    Bakı. 24 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ probleminin mürəkkəbliyini və bu problemin insanların taleyi ilə bağlı olduğunu nəzərə alaraq, ATƏT-in Minsk qrupuna daha çox fəallıq və səy göstərməyi arzu edə bilərik".

    "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

    Onun sözlərinə görə, bu münaqişənin həlli üçün səylərin intensivləşdirilməsinin heç bir mənfi cəhəti yoxdur və Rusiya bu addımı yalnız və yalnız alqışlaya bilər.

    XİN nümayəndəsi həmçinin Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın səylərinin mümkün intensivləşməsi və amerikalı həmsədrin işinin qiymətləndirilməsi barədə məsələni də şərh edib: "Hər zaman əldə etməyə çalışdığın hədəf olur. Amma fərdi səylərə konkret qiymətləndirmənin olduğunu deməzdim".

    M.Zaxarova həmçinin ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin dəyişməsinə də münasibət bildirib: "Bu, müəyyən müddət işləmiş səfirlərin ənənəvi dəyişikliyidir. Bu məsələdə siyasi çalar görmürük. Rusiyalı həmsədr İqor Popov isə Dağlıq Qarabağ probleminin həlli istiqamətində işlərini davam etdirir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi