Yuxarı

Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Lavrov və Nalbandyan əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlardan söhbət açıblar

Bakı. 4 iyul. REPORT.AZ/ Rusiya və Ermənistan XİN başçıları Yerevanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat verib. 

"Görüş zamanı Sergey Lavrov və Edvard Nalbandyan Vyana və Sankt-Peterburqda keçirilmiş sammitlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlardan söhbət açıblar", - deyə məlumatda qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi