Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Lavrov və Nalbandyan əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlardan söhbət açıblar
Qarabağ
4 İyul , 2016 20:17
Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 4 iyul. REPORT.AZ/ Rusiya və Ermənistan XİN başçıları Yerevanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat verib. 

"Görüş zamanı Sergey Lavrov və Edvard Nalbandyan Vyana və Sankt-Peterburqda keçirilmiş sammitlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlardan söhbət açıblar", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi