Bakı. 22 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin avqustun 23-də Soçidə Ermənistanın dövlət başçısı Serj Sarksyanla görüşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi də müzakirə ediləcək.
Məlumata görə, tərəflər görüşdə beynəlxalq və regional məsələlərə dair problemləri də müzakirə edəcəklər.