Yuxarı
    Bağlamaq

    XİN: Qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır

    “Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqirdir”

    “Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqirdir”

    Bakı. 3 may. REPORT. AZ/ Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirib.

    “Report”un xəbərinə görə, XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq: “Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.

    Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi