Prezident: “"Şərq Tərəfdaşlığı"nın yekun bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyü bir daha dəstəkləndi”

Prezident: “"Şərq Tərəfdaşlığı"nın yekun bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyü bir daha dəstəkləndi” Dövlət başçısı: “Ötən ilin aprelində Azərbaycan ordusunun qazandığı qələbə ərazi bütövlüyümüzə təminat verir”
Qarabağ
28 Noyabr , 2017 17:15
Prezident: “Şərq Tərəfdaşlığının yekun bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyü bir daha dəstəkləndi”

Bakı. 28 noyabr. REPORT.AZ/ “Ötən ilin aprelində Azərbaycan ordusunun qazandığı qələbə ərazi bütövlüyümüzə təminat verir”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanışlıq zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: “Bunu təsdiq edən faktlardan biri ermənilərin 1978-ci ildə Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı abidə ucaltmalarıdır. Bununla bağlı tarixi həqiqətlər bütün dünyaya çatdırılır. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"nın yekun bəyannaməsində üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqləndi və dəstəkləndi”.

Son xəbərlər

Orphus sistemi